Prosineçki tanışını yenə Azərbaycandan aparır

18 Sentyabr 2021 20:00 Zirə 1 598
Prosineçki tanışını yenə Azərbaycandan aparır

Bilindiyi kimi, ötən ilin yanvarında “Qarabağ”ı “Kayserispor”a dəyişən Radişa Milosavljeviç yenidən Azərbaycana qayıdıb.

Tanınmış həkim-fizioterapevt artıq “Zirə”də fəaliyyət göstərir.

Rəşad Sadıqovun şəxsən yaxşı tanıdığı və işinə bələd olduğu serbiyalı qəsəbə klubu ilə 1 illik müqavilə imzalayıb.

Balkanlı tibb mütəxəssisi uzun illər Azərbaycanda çalışıb. Onun buradakı ilk iş yeri «Bakı» olub.

Bojidar Bandoviçin dəvəti ilə ölkəmizə gələn “Riki” daha sonra Qurban Qurpbanovun dəvəti ilə “Qarabağ”a gedib. Robert Prosineçki onu ötən ilin əvvəlində Türkiyəyə dəvət edib.

Xorvatiyalıı baş məşqçi onu öncə “Kayserispor”a, sonra “Dənizlispor”a aparıb, Prosineçki qonşu ölkədən ayrılandan sonra o da işsiz idi.

Prosineçki bugünlərdə Dubay klublarının biri ilə danışıqlara start verib. Balkanlı çalışdırıcı bununla əlaqədar Radişa Milosavljeviçi xəbərdar edib.

Yəni, hazır olsun, onu yenə özünlə aparacaq. Xorvat mütəxəssis tanışına Azərbaycandakından yüksək qazanc söz verib: ayda 7000 dollar.

SPORTİNFO.AZ

Xəbər Lenti