Premyer Liqa klubu yeni “yuva” tapdı – 1 İLLİK

1 Sentyabr 2021 17:40 Zirə 1 414
Premyer Liqa klubu yeni “yuva” tapdı – 1 İLLİK

“Zirə” yeni məkana köçüb.

Sportinfo.az-ın məlumatına görə, “qartallar” Bakıxanov qəsəbəsində istifadəyə verilən yeni idman qurğusuna üz tutub.

Qəsəbə klubu məskunlaşdığı mərkəzlə 1 illik müqavilə imzalayıb. Komanda gündəlik olaraq burada yığışacaq, fitness məşqi edəcək və qidalanacaq.

“Zirə” daha öncə 2 ildən artıqdır icarəyə götürdüyü “Ruslan-93” ilə vidalaşıb.

Güman ki, idman qurğusunun imkanlarının məhdud olması “qartallar”ı narahat edib və müqaviləyə qarşılıqlı razılaşma əsasında vaxtından əvvəl xitam verilib.

Digər Xəbərlər
Xəbər Lenti