Birdəfəlik transfer üçün nə qədər təzminat ödədilər?

5 İyun 2024 14:40 Zirə 2 110
Birdəfəlik transfer üçün nə qədər təzminat ödədilər?

"Zirə" ötən ilin yayında "Şamaxı"dan icarəyə götürdüyü Fuad Bayramovu “Şamaxı”dan birdəfəlik transfer edib.

Qəsəbə klubu transfer etmək hüququndan yararlanaraq, 26 yaşlı müdafiəçini heyətinə qatıb.

“Qartallar” bunun üçün “şirlər”ə təzminat ödəyib. Həmin məbləğ isə 40 min manat təşkil edir.

Qobustan rayonundan olan və “Qobu” ləqəbiylə tanınan Fuad başa çatan mövsümdə "Zirə"nin heyətində 31 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.

O, qəsəbə təmsilçisi ilə Premyer Liqanın və Azərbaycan kubokunun gümüş mükafatını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş