"Zirə" haqqında xoş sözlər söylədi"

20 İyul 2021 12:40 Zirə 748
"Zirə" haqqında xoş sözlər söylədi"

"Zirə"yə keçməzdən əvvəl Bolqarıstanın "Çerno More" klubu ilə birillik müqaviləm var idi.

Mənə maraq göstərdilər, "Çerno More" ilə danışdılar və transfer gerçəkləşdi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Zirə"nin yunanıstanlı legioneri Dmitrios Çantakias "Sport-fm.gr" saytına açıqlamasında deyib.

2020-ci ilin sentyabrında "Zirə"yə keçən 26 yaşlı müdafiəçi Azərbaycan təmsilçisinə keçidi ilə bağlı çox düşündüyünü bildirib:

"Ölkəni yaxşı tanımırdım. Ancaq buraya gələndə yaxşı ölkə və gözəl Bakını gördüm. Azərbaycanlılar isə çox gözəl insanlardır".

Qəsəbə klubu ilə müqaviləni daha iki il uzadan yunan futbolçu həmyerlisi Anastasios Papazoğlunun da daha əvvəl "Zirə"də oynadığını xatırladıb:

"Mənə təklif gələndə onunla məsləhətləşdim. Çox xoş sözlər söylədi".

Digər Xəbərlər
Xəbər Lenti