“Zirə”nin avro-saatları

3 Avqust 2024 01:20 Zirə 1 220
“Zirə”nin avro-saatları

Konfrans Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan "Zirə" nin oyunlarının başlama saatları açıqlanıb.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Osiyek" ilə üz-üzə gələcək "Zirə" ilk oyununa Xorvatiyada çıxacaq.

Görüşün başlama saatı Bakı vaxtı ilə 22:00-da təyin olunub. Avqustun 15-i "Dalğa Arena"da keçiriləcək cavab matçının start fiti isə 20:30-da səslənəcək.

Təmsilçimizin ilk oyunu avqustun 8-i, cavab qarşılaşmaları isə avqustun 15-i gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular
15 Dekabr 02:30 Ay Can, ay Can...
15 Dekabr 00:10 PSJ qazandı - VİDEO