Hakimlərin "Zirə"yə qarşı qərəzini göstərən NÖVBƏTİ VİDEO FAKTLAR

2 May 2021 10:40 Zirə 1 109
Hakimlərin "Zirə"yə qarşı qərəzini göstərən NÖVBƏTİ VİDEO FAKTLAR

Azərbaycan kubokunun 1/2 final mərhələsinin qalmaqallı "Zirə" - "Keşlə" oyunu ilə bağlı yeni görüntülər yayılıb.

Sportinfo.az xəbər verir ki, videoda təqdim olunan epizodlardan birində "Keşlə"nin müdafiəçisi Tərlan Quliyev təkbətəkə çıxmağa cəhd edən David Volkovun ayağına bilərəkdən zərbə endirir.

Baş hakim Elçin Məsiyev bu zaman T.Quliyevə sarı vərəqə göstərir (79-cu dəq.). Sonuncu ümid folu olmasa belə, bu epizodda rəqibin ayağına təhlükəli, ciddi zədəyə səbəb ola biləcək oyuna görə birbaşa qırmızı vərəqə verilməsi də mümkün idi.

İlk epizodda isə "Zirə"nin futbolçusu Hacıağa Hacılıya qarşı rəqib futbolçu Vüsal İsgəndərli birbaşa ayağa çox təhlükəli zərbə endirir. Qaydalara əsasən, bu zaman da qırmızı vərəqə verilə bilərdi. Amma cəza yalnız sarı vərəqə olur (10-cu dəq.).

Hesab 1:1 olarkən, matçın sonlarında (88-ci dəq.) isə baş hakim E.Məsiyev cərimə meydançası daxilində "Zirə"li Lazar Corçeviçin rəqib oyunçuya zədəyə səbəb olmayacaq əllə zərbəsini penalti epizodu kimi qiymətləndirib, ona qırmızı göndərib.

Əslində penalti qərarı haqlıdır. Amma əgər Corceviçə "qırmızı" göstərilirsə, "Keşlə"nin iki futbolçusu - hansı ki, birbaşa ayağa təhlükəli oynayıb- - onlar niyə meydandan qovulmayıb?

Deyək ki, bunlar lap sarı vərəqəlik epizoddur. Bu halda "Zirə"dən Lazara niyə sarı yox, qırmızı göstərilib? qol.az).

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu