Özünü "Zirə"də axtarıb tapmadı, bura üz tutdu - FOTO

28 Yanvar 2021 16:40 Zirə 810
Özünü "Zirə"də axtarıb tapmadı, bura üz tutdu - FOTO

"Zirə"dən ayrılan Kayo Rangelin yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu karyerasını Braziliyada davam etdirəcək.

O, "Santo Andre" ilə 1 mövsümlük müqavilə imzalayıb.

"Zirə" 2020/2021 mövsümünün əvvəlində Kayo Rangellə 1+1 illik müqavilə imzalamışdı. Klub 2020-ci il dekabrın 16-da forvardla sözləşməni qarşılıqlı razılıq əsasında ləğv edib.

Cənubi amerikalı burada az oynamaq şansı qazandığından, ölkəsinə qayıtmağı lazım bilib.

Digər Xəbərlər
Xəbər Lenti