Azərbaycan klubu bu əcnəbi ilə danışıqları dondurdu - Xahiş edirəm, məni bir az gözləyin

19 Aprel 11:40 Zirə 1 417
Azərbaycan klubu bu əcnəbi ilə danışıqları dondurdu - Xahiş edirəm, məni bir az gözləyin

“Zirə” rəhbərliyi Ruan Renato ilə danışıqları dondurub.

Klub funksionerləri bunu braziliyalı legionerin istəyi ilə edib.

Qəbəsə təmsilçisi adıçəkilən müdafiəçini buraxmaq niyyətində deyil. Kapitanla müqavilə müddətini artırmaq fikrindədirlər.

Sadəcə, cənubi amerikalı mövsümün hələ başa çatmamasını səbəb göstərərək, iyunun əvvəlinədək gözləməyi onlardan xahiş edib.

Məhz həmin vaxt danışıqların əsas mərhələsi baş tutacaq və onun burada qalıb-qalmayacağı dəqiqləşəcək.

31 yaşlı müdafiəçi 2023-cü il iyulun 1-də “Qəbələ“dən Zirə”yə keçib. O, karyerası ərzində “Ponte Preta”, “Botafoqo”, “Fiqeyrense”, “Vitoriya”, “Austriya” və “Yuventude”də çıxış edib.

Renatonun “Zirə“ ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədər qüvvədədir.

“Qartallar“ arxa xətt oyunçusunun xidmətindən daha 2 il yararlanmaq niyyətindədir. Aydın məsələdir ki, o, sözləşməni yeniləsə, əvvəlkindən daha çox əməkhaqqı alacaq.

Ancaq bir az gözləməli olacaq. Renatoya ərəb ölkələrindən və Avropanın bəzi “ikinci eşalon“ ölkələrindən də təklif var.

Pelenin həmyerlisi həmin dəvətlərə də biganə deyil, odur ki, maddi cəhətdən ona sərfəli variantı seçmək fikrindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!