COP29

Azərbaycan çempionatının oyunu təxirə düşdü

24 Noyabr 2023 03:10 Voleybol 613
Azərbaycan çempionatının oyunu təxirə düşdü

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu Azərbaycan Voleybol Federasiyasına (AVF) müraciət ünvanlayıb.

Sportinfo.az xəbər verir ki, müraciət bu gün (23 noyabr) Yüksək Liqa çərçivəsində keçirilməsi nəzərdə tutulan oyunun təxirə salınması ilə bağlıdır.

Sənəddə bildirilir ki, “Xarı Bülbül Şuşa” Çağırış kubokunun 1/16 final mərhələsi çərçivəsində noyabrın 29-da Yunanıstanın “Panathinaikos ATHENS” kollektivinə qarşı cavab matçına çıxacaq.

“Xarı Bülbül Şuşa”nın bu oyuna səmərəli hazırlaşa bilməsi üçün noyabrın 23-də Azərbaycan çempionatında keçirilməsi nəzərdə tutulan “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın” matçının təxirə salınması xahiş olunub.

AVF daxil olmuş müraciəti nəzərə alaraq, noyabrın 23-ə planlaşdırılan “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın” matçının təxirə salınması ilə bağlı qərar qəbul edib.

Beləliklə, bu gün Yüksək Liqada yalnız bir qarşılaşma baş tutacaq. Saat 19:00-da “AZERRAIL” - “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər. Bu oyun “CBC sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Təxirə salınan “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın” matçının keçiriləcəyi tarix haqqında məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti