Ölkəmizin çempionu ÇL-də Sloveniya klubuna uduzdu

07:30 Voleybol 57
Ölkəmizin çempionu ÇL-də Sloveniya klubuna uduzdu

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin ilk matçında Sloveniyanın "ACH Volley Lyublyana" kollektivini qəbul edib.

Fövqəladə Hallar Nazirliyinin idman zalındakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:1.

Tərəflər arasındakı cavab görüşü noyabrın 26-da Lyublyana şəhərində keçiriləcək.

"Xilasedici" II təsnifat mərhələsində Portuqaliyanın "Sportinq" klubunu məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!