“Naxçıvan”ı məğlub edərək xal fərqini artırdılar

08:00 Voleybol 43
“Naxçıvan”ı məğlub edərək xal fərqini artırdılar

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının dördüncü turunun ilk qarşılaşması keçirilib.

Sportinfo.az xəbər verir ki, “Milli Aviasiya Akademiyası” doğma meydanda “Naxçıvan”ı qəbul edib.

Gərgin mübarizə şəraitində keçən ilk setdə meydan sahibləri 29:27 hesabı ilə üstün olublar.

İkinci setdə “Naxçıvan” 25:22 hesabı ilə qalib gələrək tarazlığı bərpa edib. Lakin sonrakı iki seti aktivinə yazdıran akademiya təmsilçisi qarşılaşmanı 3:1 hesablı qələbə ilə başa vurub.

“Milli Aviasiya Akademiyası” - “Naxçıvan” 3:1 (29:27, 22:25, 25:17, 25:23)

Bu nəticədən sonra “Milli Aviasiya Akademiyası” xal ehtiyatını doqquza çatdırıb. “Naxçıvan” isə beş xalda qalıb. Komandalar arasındakı xal fərqi birdən dördə yüksəlib.

Turun növbəti qarşılaşması noyabrın 27-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. Həmin görüşdə “Azərreyl” və “Murov Az Terminal” üz-üzə gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 18:10 Çək və bizə göndər!