“Ordu” Super Liqada liderliyini möhkəmləndird

05:00 Voleybol 38
“Ordu” Super Liqada liderliyini möhkəmləndird

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasının altıncı turunda növbəti qarşılaşma keçirilib.

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Murov Az Terminal” və “Ordu” komandaları üz-üzə gəliblər.

Görüş turnir cədvəlinin lideri “Ordu”nun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra “Ordu” xallarının sayını 12-yə çatdırıb. “Murov Az Terminal” isə dörd xalda qalıb.

Turun növbəti qarşılaşması noyabrın 26-da keçiriləcək. Həmin gün Abşeron Olimpiya İdman Kompleksində “Gənclər” və “Azərrail” komandaları üz-üzə gələcəklər.

“Murov Az Terminal” - “Ordu” - 1:3 (15:25, 13:25, 27:25, 21:25).

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 18:10 Çək və bizə göndər!