Çempionlar Liqasının oyununa supervayzer təyin olundu

04:20 Voleybol 897
Çempionlar Liqasının oyununa supervayzer təyin olundu

Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, qadın voleybolçular arasında CEV Çempionlar Liqasının oyununa supervayzer təyin olunub.

M. Frişman A qrupunda yer alan "Uni Opele" (Polşa) və "Myuluz Elzas" (Fransa) komandalarının qarşılaşmasında fəaliyyət göstərəcək.

Oyun noyabrın 26-da Polşanın Opole şəhərində keçiriləcək. Qarşılaşmanı bolqarıstanlı Dobromir Dobrev və estoniyalı Risto Strandson idarə edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 09:00 "Neftçi"dən yeni satış