Həqiqətən deyə bilərəm ki...” - "Abşeron"lu baş məşqçi

5 Noyabr 2024 03:40 Voleybol 598
Həqiqətən deyə bilərəm ki...” -  "Abşeron"lu baş məşqçi

"Həqiqətən deyə bilərəm ki, voleybol Azərbaycanda inkişaf edir".

Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qadın voleybolçulardan ibarət "Abşeron"un baş məşqçisi Famil Ağayev "Gəncə"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra deyib.

Mütəxəssis qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:

"Ölkə kubokunu yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycan Voleybol Federasiyasına dərin təşəkkürümü bildirirəm. Oyunlar yüksək səviyyədə keçdi. Həqiqətən voleybol Azərbaycanda inkişaf edir. Keçirilən final oyunlarından sonra bunu söyləmək olar".

"Abşeron" Azərbaycan Kubokunun final görüşündə "Gəncə"yə 3:0 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”