“Qalatasaray”ın matçına təyinat alan azərbaycanlı kimdir?

13 Yanvar 2024 03:20 Voleybol 826
“Qalatasaray”ın matçına təyinat alan azərbaycanlı kimdir?

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/4 final matçının supervayzeri olacaq.

Federasiya rəsmisi yanvarın 17-də “Qalatasaray HDI” (Türkiyə) və “Fonte Bastardo” (Portuqaliya) arasında İstanbulda keçiriləcək qarşılaşmada hakimlərin işinə qiymət verəcək.

Görüşün hakimləri bolqarıstanlı İvan Momirov və italiyalı Mikele Brunelli olacaqlar.

Komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku