Yeni baş məşqçi gətirən Bakı klubu 5 yerli oyunçu ilə müqavilə imzaladı

6 Sentyabr 2023 08:20 Voleybol 1 145
Yeni baş məşqçi gətirən Bakı klubu 5 yerli oyunçu ilə müqavilə imzaladı

Qadın voleybolçulardan ibarət “Azərreyl” 5 oyunçu ilə müqaviləni yeniləyib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanı Çağırış Kubokunda təmsil edəcək komanda baş məşqçi Cengiz Akarçeşmenin ardından əsas heyətin 4 üzvü ilə sözləşmə bağlayıb.

Ötən mövsüm komandanın Azərbaycan çempionu olmasında pay sahibi olan blokçu Aynur İmanova, toppaylayıcı Raziyə Əliyeva, libero Asiyat Abuyeva və hücumçu Xanım Cəlilova daha bir il “Azərreyl”in uğurları üçün çalışacaqlar.

Həmçinin, gənclər komandasının üzvü olan 15 yaşlı hücumçu Aişə Alismanova da yeni mövsümdən əsas heyətdə yer alacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"