Azərbaycanın millisi təlim-məşq toplanışı üçün hara yollanacaq?

5 İyul 2022 03:00 Voleybol 738
Azərbaycanın millisi təlim-məşq toplanışı üçün hara yollanacaq?

Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını ölkə xaricində davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, Pərviz Səmədovun baş məşqçisi olduğu komanda hazırlığın növbəti mərhələsini Belarusun paytaxtı Minskdə keçəcək.

Voleybolçular səfərə iyulun 9-da yollanacaq. Minskdə komandanın yerli yığma ilə bir neçə yoxlama matçı da planlaşdırılır. Buradakı hazırlıq iyulun 16-da başa çatacaq.

Milli bundan sonra Bakıya Belarus yığması ilə birgə qayıdacaq. İki komanda paytaxtda hazırlıq keçməklə yanaşı, yenidən bir neçə sınaq görüşündə gücünü yoxlayacaq.

Mayın 15-dən hazırlığa başlayan milli AVRO-2023-ün təsnifat mərhələsində A qrupunda Türkiyə və Danimarka ilə mübarizə aparacaq.

Yığma V İslam Həmrəyliyi Oyunlarında isə Sudan, Mərakeş və Kamerun milliləri ilə A qrupunda qüvvəsini sınayacaq.

Digər Xəbərlər
Xəbər Lenti