Nərgiz İsmayılova Avropa çempionatına təyinat aldı

23 Aprel 2022 00:20 Voleybol 867
Nərgiz İsmayılova Avropa çempionatına təyinat aldı

Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova yeniyetmə qızlar arasında keçiriləcək U-17 Avropa çempionatının təsnifat oyunlarına təyinat alıb.

Sportinfo.az xəbər verir ki, İsmayılova aprelin 22-24-də Almaniyanın Kienbaum vilayətində keçiriləcək C qrupunun matçlarında supervayzer funksiyasını yerinə yetirəcək.

C qrupunda ev sahibləri ilə yanaşı, Belçika, İsrail və Litva milliləri mübarizə aparacaqlar.

Görüşlərin hakimləri moldovalı Andrey Taran, türkiyəli Hatice Özmen Yıldız, polşalı Anna Niedbal və serbiyalı Aleksandra Balandziç olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda