Azərbaycan millisinin kapitanı məqsəd söhbəti etdi

30 İyul 16:40 Voleybol 405
Azərbaycan millisinin kapitanı məqsəd söhbəti etdi

“Avropa çempionatına hazırlıq davam edir.

Mingəçevir və Bakıdakı məşqlərimiz geridə qaldı. Qarşıda bizi Avropa çempionatına hazırlığın son mərhələsi gözləyir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abdulazimova federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Oyunçu Bakıda 4 yoxlama görüşü keçirdiklərini də xatırladıb:

"Hazırlığımız Yunanıstanda davam edir. Qarşıda bizi bir neçə yoxlama oyunları da gözləyir.

Avropa çempionatında iştirak edən hər bir komanda kimi, bizim də məqsədimiz qələbə qazanmaqdır. Əsas məqsədimiz isə qrup mərhələsini keçməkdir. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərək”.

Qeyd edək ki, Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanin birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi avqustun 18-də start götürəcək və sentyabrın 4-də yekunlaşacaq.

Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq. A qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmaları olacaq.

Bu qrupun oyunları paytaxt Belqradda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 17:00 “Sumqayıt”(d)a nə olub?