"Yeni mövsümdən "Qarabağ" və "Neftçi" çempionatıa iştirak edəcək"

3 Sentyabr 2023 01:50 Premyerliqa 2 314
"Yeni mövsümdən "Qarabağ" və "Neftçi" çempionatıa iştirak edəcək"

"Qarabağ" futbol klubunun çempionatımızda iştirak etmək şansı var”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan minifutbol federasiyasının baş katibi Orxan Hüseynov deyib.

O, qeyd edib ki, Premyer Liqada mübarizə aparan klublara minifutbol çempionatında iştirak etmələri üçün müraciət olunub:

“Bu ehtimal yüksəkdir. Ona görə də Avropada iştirak edəcək "Qarabağ" komandası "Zəngəzur" kimi təmsil olunacaq.

Bu məqsədlə ad dəyişikliyi oldu. "Qarabağ"la görüşümüz olub. Müsbət cavab olsa, digər klublarla da görüşəcəyik.

"Neftçi" İdman Klubu ilə danışığımız oldu. Böyük ehtimalla, növbəti mövsümdən minifutbol çempionatında iştirak edəcəklər.

Dəqiq deyil, amma ehtimal yüksəkdir. Başqa klublara da federasiyamızın rəhbəri Orxan Məmmədov rəsmi şəkildə məktub ünvanlayıb".

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada