"Hətta qabaqcadan da demişəm ki, "Qarabağ" bu mərhələni adlayacaq"

28 Avqust 2023 02:20 Qarabağ 1 732
"Hətta qabaqcadan da demişəm ki, "Qarabağ" bu mərhələni adlayacaq"

"Qarabağ" Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları çərçivəsində Sloveniyada "Olimpiya"nın qonağı olub.

Ağdam təmsilçisi sözügedən qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, qaynarinfo-ya danışan futbol veteranı Yunis Hüseynov avrokuboklarda yeganə təmsilçimiz olan "Qarabağ"ın qələbəsini dəyərləndirib:

Oyunu telekanalda göstərmədilər deyə izləyə bilmədik. İnternet üzərindən baxmaq istədim, o da yaxşı göstərmədi.

Elə ancaq ilk hissənin əvvəlini və icmallardan qolları izləyə bildim. Bu səbəbdən oyunla bağlı təsəvvürümüz yoxdur.

Mənə elə gəlir ki, "Qarabağ" yenə də üstün oynayıb. Yaxşı çıxışın nəticəsində də 2:0 hesabı ilə qalib gəlib.

Səfər görüşündə bu hesabla qalib gəlmək yaxşı haldır. Hətta qabaqcadan da demişəm ki, "Qarabağ" bu mərhələni adlayacaq".

58 yaşlı mütəxəssis ağdamlıların yeni transferlərinin çıxışlarına da toxunub:

"Yeni gələn legionerlər komandaya uyğunlaşmalıdırlar. "Qarabağ" futbolçu seçimində özünə uyğun oyunçular seçir.

Ona görə də yeni gələn legionerlər komandaya tez uyğunlaşırlar. İlk matçlarda səhvlər çox olurdu, amma ona baxmayaraq belə komanda öz üslubunda oynayırdı.

Getdikcə də daha yaxşı oynayıb daha yaxşı nəticələr əldə edirlər. Cavab görüşündə də özünü yaxşı tərəfdən göstərib mərhələ keçəcəklər.

Qrupda isə "Qarabağ" müsbət mənada tamamilə başqa oyun göstərəcək".

"Qarabağ"ın "Olimpiya" ilə cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”