COP29

Federasiya prezidentinin vəziyyəti oteldə pisləşdi

30 Dekabr 2023 12:20 Türkiyə 861
Federasiya prezidentinin vəziyyəti oteldə pisləşdi

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşinin Səudiyyə Ərəbistanında qaldığı oteldə vəziyyəti pisləşib.

Sportinfo.az xəbər verir ki, hadisə ilə bağlı TFF açıqlama yayıb.

“TFF prezidenti Mehmet Büyükekşinin təzyiqi yüksəldiyi üçün həkim müayinəyə gəlib. Vəziyyətinin hazırda yaxşı olduğu bildirilib”, - açıqlamada bildirilir.

Ötən gün Səudiyyə Ərəbistanında baş tutması planlaşdırılan Türkiyə Superkubok matçı təxirə salınıb.

Buna səbəb “Fənərbaxça” - “Qalatasaray” matçının keçiriləcəyi Səudiyyə Ərəbistanında hökumətin meydana komandaların “Atatürk” yazılı köynəklərlə çıxmasına icazə verməməsi olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq