Yeni baş məşqçi ilə 1,5 illik müqavilə - Türkiyə klubunda

4 Mart 2020 00:28 Türkiyə 535
Yeni baş məşqçi ilə 1,5 illik müqavilə - Türkiyə klubunda

“Rizəspor”un yeni baş məşqçisi məlum olub.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi gözlənildiyi kimi, Ünal Karamanla anlaşıb.

53 yaşlı mütəxəssislə 1,5 illik müqaviləyə imza atılıb. Son iki ildə “Trabzonspor”u çalışdıran Ünal Karaman, bu ilin yanvar ayında sözügedən klubdan ayrılandan bəri işsiz idi.

O, “Rizəspor”da İsmail Kartalı əvəz edəcək. “Rizəspor” Super Liqada 24 turdan sonra 24 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!