Şahruddin “Qarabağ”da etdiyi inanılmaz səhvi Super Liqada da təkrarladı - VİDEO

7 Yanvar 00:50 Türkiyə 5 367
Şahruddin “Qarabağ”da etdiyi inanılmaz səhvi Super Liqada da təkrarladı - VİDEO

Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” Türkiyə Super Liqasının 19-cu turunda “Başakşehir”lə qarşılaşıb - 0:0.

Sportinfo.az xəbər verir ki, yığmamızın kiperi bu qarşılaşmada kobud səhvi ilə yadda qalıb.

Belə ki, o matçın 71-ci dəqiqəsində qapıçı meydançasından topu səhvən rəqibin futbolçusuna ötürüb. Emirhan İlhan Məhəmmədəliyevin bu səhvini fürsətə çevirərək, qol vurub.

Lakin baş hakim VAR kamerasına baxandan sonra qolu qeydə almayıb. Çünki “Başakşehir”in futbolçuları topdan öncə cərimə meydançasına daxil olublar.

Digər Xəbərlər
Xəbər Lenti