UEFA "Qalatasaray"ın baş məşqçisinə cəza verdi

13 Aprel 2024 00:10 Türkiyə 727
UEFA "Qalatasaray"ın baş məşqçisinə cəza verdi

UEFA "Qalatasaray"ın baş məşqçisi Okan Buruk və müdafiəçi Kaan Ayhanı cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssisə 2 oyunluq cəza verib.

Bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Okan Buruk Avropa Liqası pley-off mərhələsinin "Sparta" ilə matçındakı (1:4) davranışlarına görə cəzaya məruz qalıb.

Qarşılaşmada qırmızı vərəq görən Kaan Ayhan isə 1 oyunluq cəzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!