Salaha 17 milyon avro maaşla müqavilə təklif etdi -

21:40 Türkiyə 115
Salaha 17 milyon avro maaşla müqavilə təklif etdi -

“Trabzonspor” “Liverpul”un sabiq hücumçusu Məhəmməd Salahı heyətinə qatmaq üçün hərəkətə keçib.

Klubun rəhbərliyi misirli futbolçunun nümayəndəsi ilə görüş keçirib və 34 yaşlı forvarda rəsmi müqavilə təklifi göndərib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Trabzonspor” Salaha illik 17 milyon avro maaş şərti ilə müddəti 2 il olan müqavilə təklif edib.

Bundan əvvəl mətbuatda hücumçu ilə “Beşiktaş” və Səudiyyə Ərəbistanının “Əl-Diriyah” klubunun da maraqlandığı bildirilirdi.

Salah bu yay “Liverpul”dan ayrılıb. O, ötən mövsüm bütün turnirlərdə 41 oyunda meydana çıxaraq, 12 qol vurub və 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalının məlumatına əsasən, futbolçunun hazırkı dəyəri 22 milyon avro qiymətləndirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti