Bu gün Türkiyədə möhtəşəm oyun var.
Super Liqaya yüksəlməyi hədəfləyən “Bursaspor” Ukrayna təmsilçisi Donetsk “Şaxtyor”u ilə üz-üzə gələcək.
“Bursa Büyükşəhər Bələdiyyə” stadionunda baş tutacaq yoxlama görüşünü maraqlı edən cəhət “timsahlar”ın heyətində Toral Bayramovun meydana çıxacağıdır. Azərbaycan millisinin də şərəfini qoruyan solaxayın əsas heyətdə yer alacağı gözlənilir.
Digər diqqətçəkən məqam “Şaxtyor”un baş məşqçi postunda Türkiyə futbolunun əfsanələrindən sayılan Arda Turanın yer almasıdır.
Çılğınlığı ilə seçilən 40 yaşlı mütəxəssisin 40 minə yaxın türkiyəli azarkeşin qarşısında əcnəbi komandanın baş məşqçi qismində yer alması maraqla qarşılanacaq.
Yeri gəlmişkən, Ardanın anası Bursadandır. Özü oyunla bağlı çəkilən videoda bu barədə məlumat verib.
Daha bir sevindirici xəbər ondan ibarətdir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-dan etibarən “TRT Spor” telekanalında canlı yayımlanacaq.
HƏBİB / SPORTİNFO.AZ

