“Dinamo”nun ukraynalı hücumçusu ilə maraqlanır - “Qalatasaray”

18:20 Türkiyə 181
“Dinamo”nun ukraynalı hücumçusu ilə maraqlanır - “Qalatasaray”

Kiyev “Dinamo”sunun hücumçusu Matvey Ponomarenko karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Fotomaç” nəşri məlumat yayıb.

“Qalatasaray” 20 yaşlı forvardın xidmətində maraqlıdır.

Türkiyə təmsilçisi Ponomarenkonu nigeriyalı hücumçu Viktor Osimhenə alternativ variant kimi nəzərdən keçirir. Bildirilir ki, “Qalatasaray” ukraynalı futbolçunu satınalma hüququ ilə birlikdə icarəyə götürmək niyyətindədir.

Matvey Ponomarenko ötən mövsüm “Dinamo”nun ən məhsuldar futbolçusu olub. O, 27 oyunda 17 qol vurub və 1 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti