“Milan”ın vingeri Kristian Pulişiç karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Sportinfo.az “Tuttomercato”-ya istinadən xəbər verir ki, ABŞ millisinin üzvü “Qalatasaray”ın yay transfer dönəmi üçün əsas hədəflərindən biridir.
İstanbul təmsilçisi hücum xəttini gücləndirmək üçün 27 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Bununla belə, “Milan” rəhbərliyi Pulişiçlə yollarını ayırmağı düşünmür.
Bildirilir ki, klubun sahibi Cerri Kardinal amerikalı futbolçunu komandanın əsas liderlərindən biri hesab edir və onun satışına isti yanaşmır.
Pulişiç ötən mövsüm bütün turnirlərdə “Milan”ın heyətində 34 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun İtaliya təmsilçisi ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.

