Toral Bayramov Bursada ilk məşqə çıxdı, iki yeni transfer də ona qoşuldu

02:40 Türkiyə 103
Toral Bayramov Bursada ilk məşqə çıxdı, iki yeni transfer də ona qoşuldu

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov yeni transfer olunduğu “Bursaspor”la növbəti mövsümün çalışmalarına başlayıb.

Sportinfo.az xəbər verir ki, I Liqa komandası baş məşqçi Mustafa Erin rəhbərliyi altında ilk məşqinə çıxıb.

Mövsüm öncəsi ilk məşqdə Bayramovla yanaşı, digər transferlər də iştirak edib.

Bundan başqa, Superliqaya vəsiqəni hədəfləyən “Bursaspor” daha iki əcnəbi futbolçunu transfer edib.

“Timsahlar” Portuqaliyanın “Alverka” klubundan pleymeyker Linkoln Enrike və İngiltərə təmsilçisi “Stok Siti”dən orta sahə oyunçusu Lyuis Bakeri heyətinə qatdığını açıqlayıb.

Toral Bayramov “Bursaspor”a bu yay “Qarabağ”dan keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!