Adı “Fənərbaxça” ilə hallanan Maldini nə açıqlama verdi?

22:00 Türkiyə 94
Adı “Fənərbaxça” ilə hallanan Maldini nə açıqlama verdi?

İtaliya futbolunun tanınmış simalarından olan Paolo Maldini “Fənərbaxça”da işə başlaya bilər.

Məlumata görə, o, klubun potensial prezidenti Hakan Safi ilə aktiv danışıqlar aparır.

Cütlük Macarıstanın paytaxtı Budapeştdə keçirilən UEFA Çempionlar Liqasının finalında da birlikdə görüntülənib.

Finalda PSJ “Arsenal”ı məğlub edərək (1:1, penalti – 4:3), turnirin qalibi olub. Bu nəticə ilə parislilər ardıcıl ikinci dəfə nüfuzlu titula sahib çıxıb.

Sportinfo.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan Maldini “Fənər”in prezidenti postuna namizəd olan Safi ilə yaxın münasibətlərinin olduğunu bildirib:

“Biz yaxşı dostlarıq. Tez-tez görüşür və futbol haqqında danışırıq.

Cənab Safinin “Milan”dakı işimə böyük rəğbəti var. “Fənərbaxça”nın gələcəyi ilə bağlı baxışlarımızda ortaq nöqtələr axtarırıq”.

Maldini 2023-cü ilin iyununda “Milan”dan ayrılmışdı və o vaxtdan bəri rəsmi vəzifə tutmayıb. “Fənərbaxça” onun karyerasında yeni səhifə ola bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti