“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Türkiyə Super Liqasının 15-ci turunda baş tutan “Fənərbaxça” ilə matçdan (1:1) sonra hakimin idarəçiliyindən narazılığını bildirib.
Sportinfo.az xəbər verir ki, o, açıqlamasında hakimin oyuna çox müdaxilə etdiyini dilə gətirib.
“Əslində, oyundan əvvəl də gözlənilən bu idi. İki futbolçumun ayağı qırıla bilərdi. Kazımcanın isə gözünün çıxmaq təhlükəsi yaşandı.
Bu qədər zərbə aldığımız halda, necə bu qədər az sayda cərimə qazandığımızı sizin qiymətləndirmənizə buraxıram”.

