Türkiyə Super Liqasında XIV turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, turun mərkəzi qarşılaşması İstanbulda baş tutub.
"Fənərbaxça" doğma azarkeşlər önündə əzəli rəqibi "Qalatasaray"ı qəbul edib.
Matçda qonaqlar son dəqiqələrə qədər 1:0 öndə olsalar da, "sarı " 90+5-də bərabərlik qolunu vurmağı bacarıblar.
Bu matçdan sonra "Qalatasaray" 33 xalla liderliyini davam etdirir. "Fənərbaxça" isə 32 xalla 2-ci sıradadır.
"Fənərbaxça" - "Qalatasaray" 1:1
Qollar: C.Duran, 90+5, - L.Sane, 27

