Bu gün Türkiyə Superliqasının 15-ci turunda İstanbul derbisi baş tutacaq.
Sportinfo.az xəbər verir ki, derbidə əzəli rəqiblər “Fənərbaxça” və “Qalatasaray” üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
“Qalatasaray” hazırda 32 xalla liderdir. Rəqibindən bir xal az toplayan meydan sahibləri ikinci pillədə qərarlaşıb.

