UEFA-nın İstanbul nümayəndəliyini açmağa hazırlaşır - Ərdoğan

16 Aprel 21:40 Türkiyə 485
UEFA-nın İstanbul nümayəndəliyini açmağa hazırlaşır - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nın İstanbulda nümayəndəliyini açmağa hazırlaşır.

Açılış mərasimi aprelin 24-nə təyin olunub və tədbirdə 50-dən çox federasiya rəhbəri, həmçinin, dünya futbolunun ulduzları iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası bəyanat yayıb:

“UEFA-nın İstanbul nümayəndəliyinin açılış mərasimi aprelin 24-də, prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacaq.

Açılışdan bir gün əvvəl Çırağan sarayında UEFA-ya üzv olan 55 ölkənin futbol federasiyaları prezidentləri və dünya futbolunun ulduzlarının dəvət olunduğu rəsmi qəbul təşkil olunacaq”.

Hazırda UEFA-nın təmsilçiliyi olan iki şəhər var – London və Brüssel. Həmçinin, FİFA-nın Türkiyədə öz ofisini açmağı planlaşdırdığı, ancaq şəhərin hələ müəyyənləşdirilmədiyi də bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var