Azərbaycana gəldi, işi alınmadı, məşhur klubla anlaşdı

12 Mart 17:20 Türkiyə 997
Azərbaycana gəldi, işi alınmadı, məşhur klubla anlaşdı

"Trabzonspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Komanda Fatih Tekkeyə tapşırılıb. Mütəxəssis bu vəzifədə Şenol Güneşi əvəzləyib.

"Trabzonspor" yeni çalışdırıcısını bu gün ictimaiyyətə təqdim edəcək.

Fatih Tekke, eləcə də Türkiyənin U-21 millisinin keçmiş baş məşqçisi Tolunay Kafkas və qapıçı məşqçisi Metin Aktaş bu ilin yanvarında Azərbaycana səfər etmişdilər.

Onlar Bakıda olduqları müddətdə AFFA nümayəndələri ilə “Liv Bona Dea Arena” və Milli Komandaların Təlim-Məşq Mərkəzində olmuşdular.

Daha sonra Türkiyə mediası həmin şəxslərin Azərbaycanda işlə təmin ediəcəyini iddia etmişdi.

Fatih Tekke daha əvvəl "Jayseri Erciyesspor", "Boluspor", "Manisaspor", "Denizlispor", "İstanbulspor", "Bursaspor" və "Alanyaspor"a da baş məşqçilik edib. Həmçinin o, futbolçu karyerası ərzində 1994-1997, 1998-2000 və 2002-2006-cı illərdə "Trabzonspor"un formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”