COP29

Azərbaycan millisində oynamış futbolçu ilə vidalaşdı - “Beşiktaş”

20 Aprel 22:40 Türkiyə 644
Azərbaycan millisində oynamış futbolçu ilə vidalaşdı - “Beşiktaş”

“Beşiktaş” futbolçusu Berkay Vardarla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi 21 yaşlı dayaq yarımmüdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

“Beşiktaş”ın yetirməsi olan Vardar mövsümün əvvəlindən qış fasiləsinə qədər icarə əsasında Moldova “Şerif”ində çıxış edib.

Vardar Azərbaycanın U-17 və U-19 millilərinin hərəsində 3 oyun keçirib. O, hər iki millidə 1 qol vurmağı da bacarıb.

Berkay daha sonra Türkiyənin U-21 millisində 1 matçda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"