"Qalatasaray"ın başına gələn "müsibət"ə Azərbaycandan REAKSİYA - VİDEO

25 Fevral 11:05 Türkiyə 1 875
"Qalatasaray"ın başına gələn "müsibət"ə Azərbaycandan REAKSİYA - VİDEO

"Türkiyə futbolunda hadisələr o qədər meydandankənar cərəyan edir ki, avrokuboklara çıxanda uğursuzluqla üz-üzə qalırlar.

"Qalatasaray" Çexiya təmsilçisi "Sparta Praqa"ya baş məşqçi Okan Burukun yalnış seçimlərinə görə uduzdu".

Bu açıqlama "Sportinfo TV"nin aparıcı-eksperti Elçin Cəfərova məxsusdur.

Azərbaycanda Türkiyə futbolunun "xaç atası" kimi tanınan yazar "Qalatasaray"ın Avroliqada mübarizəni dayandırması ilə bağlı maraqlı şərh verib.

Qeyd edib ki, Türkiyə klubları "sistem komandaları"na qarşı çox çətinlik çəkir:

"Məsələn, "Cim-Bom"un Çempionlar Liqasının qrup mərhələsində Danimarka "Kopenhagen"inə, Avroliqada Çexiya "Sparta"sına qarşı oyunları göstərmək olar.

Davamlı qaçan, rəqibə boş zona buraxmayan kollektivlərlə "Qalatasaray" bacarmadı.

Oyunu meydanın rəqibə aid hissəsində qurmağa çalışarkən geri dönən topları qazanmadıqda, 3 ötürmə ilə qapısı qarşısında təhlükəli epizodlar yaşayır".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti