Azərbaycanlı futbolçunun yeni komandası kubokla vidalaşdı

18 Yanvar 03:00 Türkiyə 352
Azərbaycanlı futbolçunun yeni komandası kubokla vidalaşdı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə Kubokunda mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi 1/16 finalda "Başakşehir"in qonağı olub.

Qarşılaşma İstanbul klubunun qələbəsi ilə bitib - 1:0.

İsgəndərli bu görüşün iştirak ərizəsinə daxil edilməyib. O, "Adanaspor"la heç-heçə (1:1) etdikləri 1-ci liqanın XVIII turunun matçında "Boluspor"da debüt etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti