Türkiyə klubunun prezidenti Ramil Şeydayev çempionluq istədi

17 Yanvar 22:40 Türkiyə 763
Türkiyə klubunun prezidenti Ramil Şeydayev çempionluq istədi

"Düşünürəm ki, Ramil Şeydayev vuracağı qollarla və edəcəyi məhsuldar ötürmələrlə çempionluğa ciddi töhfə verəcək".

Sportinfo.az xəbər verir ki, bunu "Kocaelispor"un prezidenti Engin Koyun Azərbaycan millisinin futbolçusunun keçidi ilə bağlı danışarkən deyib.

Funksioner transferin onlar üçün önəmli olduğunu bildirib: "Azərbaycan millisinin hücumçusunu heyətimizə qatdıq. Ramil camiəmız üçün xeyirli olsun".

Tailandın “Buriram Yunayted” klubundan ayrılan Ramil Şeydayev “Kocaelispor”la 1,5 illik müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti