PSJ-nin keçmiş qapıçısı Türkiyə klubu ilə anlaşdı

17 Yanvar 2024 15:20 Türkiyə 1 363
PSJ-nin keçmiş qapıçısı Türkiyə klubu ilə anlaşdı

PSJ-nin sabiq qapıçısı Salvatore Siriqu karyerasını Türkiyədə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı qolkiper “Karagümrük”ə keçib.

Onunla müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

“Sevilya”, “Torino”, “Cenoa”, “Napoli” kimi klublarda da çıxış edən Siriqu son olaraq “Nitsa”da oynayıb. O, ötən ilin sentyabr ayından klubsuz idi.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"