İdman direktoru qalmaqallı açıqlama verdi, qadın futbolçunun kişi olduğunu iddia etdi

16 Yanvar 10:00 Türkiyə 478
İdman direktoru qalmaqallı açıqlama verdi, qadın futbolçunun kişi olduğunu iddia etdi

“Beşiktaş”ın qadın futbol komandasının idman direktoru Fırat Fidan qalmaqallı açıqlama ilə diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, o, Qadınlar Superliqasında mübarizə aparan "ALG Spor"un oyunçusu Patrisiya Setekonun kişi olduğunu iddia edib.

F.Fidan bildirib ki, "ALG Spor" bu futbolçunun cinsini dəyişərək müqavilə imzalayıb və çempionatda oynadır.

İstanbul təmsilçisinin icraçı direktoru Hasan Sarıgül Türkiyə Futbol Federasiyasına bununla bağlı müraciət edəcəklərini bildirib: “Yüz faiz qadındır və ya kişidir deyə bilmərik, amma onun davranışlarında şübhələr var”.

Anqolalı Patrisiya Seteko bu mövsüm komandasının heyətində 7 oyunda 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti