İsrailli futbolçu Türkiyədə saxlanıldı – NƏ EDİB?

15 Yanvar 22:00 Türkiyə 325
İsrailli futbolçu Türkiyədə saxlanıldı – NƏ EDİB?

“Antalyaspor”un futbolçusu Saqiv Yehezkel saxlanılıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb onun Super Liqanın son turunda “Trabzonspor”la keçirilən oyunda qol vurduqdan sonra İsrailə dəstək nümayişi olan jest etməsidir.

Futbolçu qol sevincini bölüşərkən biləyində “100 gün… 7 oktyabr” yazısını göstərib ki, bu da İsraillə Fələstinin Qəzza bölgəsində apardığı müharibəyə işarədir.

“Antalyaspor” isə 28 yaşlı müdafiəçinin komandadan kənarlaşdırıldığını və onunla müqaviləsinin ləğv edilməsi üçün işlərə başlanıldığını açıqlayıb.

Türkiyə Futbol Federasiyası da yaydığı açıqlamada Saqiv Yehezkeli qınayıb və onun hərəkətinin yolverilməz olduğunu bildirib.

2023-cü ilin yayından “Antalyaspor”da çıxış edən İsrail millisinin üzvünün klubu ilə 2026-cı ilin iyununa qədər nəzərdə tutulan müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti