Premyer Liqa klubunun təklifini rədd etdi - “Beşiktaş”

14 Yanvar 2024 00:00 Türkiyə 597
Premyer Liqa klubunun təklifini rədd etdi - “Beşiktaş”

“Beşiktaş”ın hücumçusu Semih Kılıçsoy karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı futbolçunun xidmətində “Vulverhempton” maraqlıdır.

İngiltərə klubu gənc forvard üçün “Beşiktaş”a rəsmi təklif göndərib. Lakin “qara qartallar” bu təklifi qəbul etməyib. “Vulverhempton”un yenidən Türkiyə klubuna müraciət edəcəyi bildirilir.

Semih Kılıçsoy “Beşiktaş”ın yetirməsidir. Türkiyə U-19 millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 14 matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti