”SATMIRIQ” - “Neftçi”dən ayrılan forvardı buraxmadılar

13 Yanvar 2024 08:40 Türkiyə 1 700
”SATMIRIQ” - “Neftçi”dən ayrılan forvardı buraxmadılar

"Partizan"ın direktoru Miloş Vazura futbolçusu Mateus Saldanyaya "Fənərbaxça"dan təklif gəlməsi barədə danışıb.

Sportinfo.az telegraf.rs-ə istinadən xəbər verir ki, o, İstanbul təmsilçisinin 24 yaşlı hücumçuya görə rəsmi təklif ünvanladığını təsdiqləyib, lakin forvardın komandadan ayrılmayacağını dilə gətirib:

"Mateus Saldanya da daxil olmaqla, "Partizan"dakı oyunçular satılmır. Türkiyə klubunun və digər klubların təklifləri ilə maraqlanmırıq.

Biz mövsümün qalan hissəsi üçün işləri davam etdiririk".

Saldanya 2023-cü ilin yanvar ayından iyul ayınadək "Neftçi"də oynayıb. Daha sonra Bakı klubu intizamsız davranışlarına görə futbolçu ilə vidalaşıb.

Mateus isə karyerasına Serbiya "Partizan"ında davam edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"