Şahruddinin komandasına transfer qadağası qoydu - FİFA

13 Yanvar 03:10 Türkiyə 378
Şahruddinin komandasına transfer qadağası qoydu - FİFA

Türkiyə klubları FİFA tərəfindən ağır cəzaya məruz qalıb.

Sportinfo.az xəbər verir, 7 Superliqa klubuna transfer qadağası tətbiq olunub.

Ali futbol qurumu tərəfindən verilən açıqlamada bu addımın şəffaflığı təşviq etmək üçün atıldığı bildirilib.

“Adana Dəmirspor”, “Antalyaspor”, “Alanyaspor”, “Hatayspor”, “Ankaragücü”, “Kayserispor” üç, “Samsunspor” isə iki transfer pəncərəsindən məhrum qalacaq.

Aşağı liqa təmsilçilərindən isə “Adanaspor”, “Akhisarspor”, “Alq Spor”, “Altay”, “Bursaspor”, “Dənizlispor”, “Elazığspor”, “Ərzurumspor”, “Girəsunspor”, “Karabükspor”, “Kayseri Ərciyəsspor”, “Manisaspor”, “Mərsin Təlimyurdu”, “Tuzlaspor”, “Ümraniyəspor” və “Yeni Malatyaspor” cəzalandırılıb.

FİFA-nın açıqlamasından sonra “Adana Dəmirspor”un prezidenti Murat Sancak rəsmi “X” hesabından paylaşım edib. O, Yovan Manyevə olan borcların ödənildiyini və transfer qadağasının tətbiqinin ləğv edilməli olduğunu bildirib.

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti