“Beşiktaş”da yeni baş məşqçi - Fernando Santos

8 Yanvar 2024 00:00 Türkiyə 863
“Beşiktaş”da yeni baş məşqçi - Fernando Santos

“Beşiktaş”ın yeni baş məşqçisi bəlli olub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Fernando Santos çalışdıracaq.

Razılaşmanın detalları açıqlanmayıb.

Joao Karlos Kosta, Paulo Mendes, Justino Fernando, Rikardo Miguel Santos, Jorge Rosario isə Santuşun koməkçiləri təyin edilib.

69 yaşlı portuqaliyalı mütəxəssisin son iş yeri Polşa millisi olub. O, “Portu”, PAOK, AEK, “Panatinaikos”, “Sportinq”, “Benfika” klublarını, həmçinin Yunanıstan və Portuqaliya millisini də çalışdırıb.

Portuqaliya millisi Santosun rəhbərliyi alıtnda AÇ-2016-nın qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"