Şahruddinin komandası ilə yollarını ayırdı - Məşhur hücumçu

7 Yanvar 2024 17:20 Türkiyə 1 766
Şahruddinin komandası ilə yollarını ayırdı - Məşhur hücumçu

"Adana Demirspor" klubunda növbəti ayrılıq gerçəkləşib.

Sportinfo.az xəbər verir ki. Super Liqa təmsilçisi Mario Balotelli ilə yollarını ayırıb.

33 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Mario Balotelli 2023-cü ilin sentyabr ayından "Adana Demirspor"da çıxış edir. İtaliyalı forvard "mavi şimşəklər"in heyətində meydana çıxdığı 5 Super Liqa matçında 3 qol vurub.

Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev də "Adana Demirspor"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"