Şahruddinin klubu 4 aydır maaşları ödəyə bilmir

4 Yanvar 2024 09:00 Türkiyə 864
Şahruddinin klubu 4 aydır maaşları ödəyə bilmir

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor"da maliyyə problemi davam edir.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun hücumçusu Mbaye Nianq Fransa mətbuatına açıqlamasında deyib.

O, 4 aydır maaş almadığını bildirib:

"Türkiyədəki təcrübəm çox yaxşı gedir. Yaxşı oynayıram və matça ilk 11-likdə başlayıram.

Bununla belə, ödənişlə bağlı bəzi problemlər var və bu, diqqətimi meydanda cəmləməyimə mane olur. Bir az gecikmə normal sayıla bilər, amma 4 ay keçdi.

Getmək istəyirəm. Bunu rəhbərliyə dedim və danışıqlarımız davam edir.

Fransaya qayıtmaq istərdim, mənim üçün prioritet budur".

"Adana Demirspor" maaş problemləri səbəbindən bəzi oyunçuları ilə yolları ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti