"Klub rəhbərliyinə ayrılmaq istədiyimizi bildirmişik, bizə heç bir maneə yaratmayacaqlar"

3 Yanvar 2024 00:00 Türkiyə 777
"Klub rəhbərliyinə ayrılmaq istədiyimizi bildirmişik, bizə heç bir maneə yaratmayacaqlar"

“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş ayrılmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bunu ulduz futbolçunun menceri Cord Qardi Türkiyə mətbuatına açıqlamasında deyib:

“Ziyeşin “Qalatasaray” macərası yaxşı başladı, amma yaxşı davam etmədi. Klub rəhbərliyinə ayrılmaq istədiyimizi bildirmişik. Bizə heç bir maneə yaratmayacaqlar” - deyə o qeyd edib.

“Qalatasaray” Hakim Ziyeşi ötən ilin avqust ayında “Çelsi”dən icarəyə götürüb. Mərakeş millisinin üzvü İstanbul klubunda 14 rəsmi matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti